“Bu formada ilk qolu vurduğuma görə xoşbəxtəm”.
Bu söz ləri “Qəbələ”nin braziliyalı müdafiəçisi Lukas Afriko “instagram” hesabında yazıb.
“Qarabağ” oyunun əvvəlində vurduğu 2 qolla hesabdə önə keçsə də, ikinci hissədə üstünlüyü ələ alan meydan sahibləri hesab arasındakı fərqi azaltmağı bacardı.
“4 nömrə” 76-cı dəqiqədə cinahdan ötürülən topu tora qovuşdursa da, bundan artığına gücü çatmadı.
Afriko “Qəbələ”nin formasında vurduğu ilk qolu şərh edərək onu kimə həsr etdiyini bildirib:
“Allah vədlərini yerinə yetirməkdə sadiqdir. Çox çalışdıq. Təəssüf ki, nəticə istədiyimiz kimi olmadı. Ən yaxşısını axtararaq irəliləyirik.
Vurduğum qolu dünyaya yeni gələcək oğlum Antonioya həsr edirəm”.
28 yaşlı futbolçu cari Premyer Liqa mövsümündə “Qəbələ”nin heyətində meydana çıxdığı 7 oyunda 1 qolla yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ