“Qarabağ”a uduzan “Qəbələ” belə bir xoş xəbər aldı

27 Sentyabr 21:00 Qəbələ 1 299
“Qarabağ”a uduzan “Qəbələ” belə bir xoş xəbər aldı

“Qəbələ” – “Qarabağ” qarşılaşması Gilad Avramov üçün uğursuz oldu.

Cari mövsümdə ikinci dəfə əsas heyətdə yer alan israilli yarımmüdafiəçi bu dəfə müdafiənin sol cinahında yer almışdı.

İlk dəqiqələrdən yer aldığı cinahda çətinlik çəkən, Leandro Andrade və Mateus Silva kimi sürətli rəqibləri ilə ayaqlaşa bilməyən 23 yaşlı futbolçu ilk hissə yarılanmamış çökdü.

Həkimlərin müdaxiləsindən sonra Avramovun oyunu davam etdirə bilməyəcyi məlum oldu və 18-ci dəqiqədə əvəzləndi.

Meydanı komanda yoldaşlarının köməyi ilə tərk edən Giladın durumuna aydınlıq gəlib.

Məlum olub ki, “8 nömrə”nin əzələsində qırılma və ya qopma yoxdur. Futbolçunun topuğunda burxulma aşkarlanıb ki, bu da ciddi zədə sayılmamalıdır.

MRT müayinəsindən sonra israillinin yaşıl meydanlardan hansı müddətdə uzaq qalacağı dəqiqləşəcək. İlkin ehtimala görə, azı 2 həftə kollektivlə məşq edə bilməyəcək.

Bildirək ki, “Qəbələ”nin digər futbolçuları – Asif Məmmədov, Ürfan Abbasov və Feras Abu Akal da zədədən əziyyət çəkir. Asif komanda çalışmalarına start versə də, hazırlıq durumu hələ ki, istənilən səviyyədə deyil.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə
29 Noyabr 01:00 Millimiz Mərakeşə uduzdu