Təqsir rəhbərliyin təqsiridir - Başqa klub olsaydı…

27 Sentyabr 2023 11:00 Qəbələ 756
Təqsir rəhbərliyin təqsiridir - Başqa klub olsaydı…

«Qəbələ» mövsümə biabırçı start verənlər arasındadır.

eddi tura 5 məğlubiyyət kifayət qədər pis göstəricidir.

Başqa klub olsaydı, böyük ehtimalla, baş məşqçi ilə yolları artıq ayırmışdı.

Elmar Baxşıyev «Qəbələ»də toxunulmaz deyil, sadəcə, başda oturanlar mətbuata açıq deyib ki, onunla yalnız bir halda vidalaşacaqlar - komanda Birinci Liqanın sərnişini olarsa.

Bu təhlükə/təhdidi ciddi saymıram ta! «Qəbələ» ilk dövrənin uğursuzlarından olsa da, fikrimcə, bu, müvəqqəti haldır və bir müddət sonra fərqli mənzərə ilə qarşılaşacağıq.

Hər halda Baxşıyev 3 həftədir komandaya pozitiv futbol oynatmağa başlayıb və ilin sonunadək vəziyyəti öz xeyirlərinə dəyişəcəyini proqnozlaşdırıram.

«Qarabağ»la qarşılaşmadan sonra gəldiyim yekun qənaət bundan ibarətdir. Çempiona evdə uduzmaqlarına rəğmən. İlk 10-15 dəqiqə xaricində yaxşı təsir bağışladılar, erkən qollardan ruhdan düşmədilər, hücum futbolunun arxasınca getdilər.

«Qəbələ»nin sürətli enişi yayın əvvəltindən başlayıb və sırf rəhbərliklə əlaqədardır. Klubu «qohum təsərrüfatı»na çevirənləri məşqçilərin çəkdiyi əziyyət daha maraqlandırmır.

Bir gəlib baş məşqçidən soruşmur ki, ay bala, sənə nə lazımdır, kimi alaq, kimi almayaq? Deyirlər, falan-filan futbolçular var, onlardan birini seç, başqa menecerlərdən heç kimi götürmə.

Kaş, Baxşıyev bir dəfə qayıdıb sual verəydi ki, işi bu cür qurub-quraşdırmaqda məqsədiniz nədir, deyin, mən də bilim.

Ümumiyyətlə, o, heç nə demir. Düşünür ki, çox danışıb deyinəcəm, məni lap sıxacaqlar, gözümçıxdıya salacaqlar. Göz gördüyündən qorxar.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti