"Birini komandamıza gətirdik, qaldı o biri"

25 Sentyabr 2023 16:00 Qəbələ 1 762
"Birini komandamıza gətirdik, qaldı o biri"

Premyer Liqada qalmaq istəyən «Qəbələ» heyətini daha bir legioner transfer etmək niyyətindədir.

Bu barədə Sportinfo.az-a baş məşqçi Elmar Baxşıyev məlumat verib.

O, hücumameylli yarımmüdafiəçi axtarışında olduqlarını olduqlarını bildirib:

«İlk günlərdən rəhbərliklə söhbətdə demişəm ki, bizə iki yeni oyunçu da lazımdır. Samuel Tetteh gəldi, qaldı o biri.

Həmin mövqeyə bəzi namizədlərimiz var. Hələlik danışıqlar gedir.

Azad agent statusu daşısalar da, çox pul istəyirlər. Çalışırıq ki, büdcəmizə uyğun transfer edək».

Ölkə kubokunun sahibi bu mövsüm 9 yeni adı sıralarına qatıb. Bunlar Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko, Gilad Avramov, Osama Xalayla, Rauf Hüseynli, Bilel Auaşeriya, Rəşad Əzizli və Samuel Tettehdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA