"Qarabağ"la matça 3 itki ilə çıxacaqlar

24 Sentyabr 2023 19:25 Qəbələ 588
"Qarabağ"la matça 3 itki ilə çıxacaqlar

“Qəbələ” Premyer Liqanın VII turunun sabah keçiriləcək oyununda “Qarabağ”la qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, ev görüşünün hazırlığında “qırmızı-qaralar”ın üç futbolçusu iştirak etmir.

VI turun “Turan Tovuz”la səfər qarşılaşmasında (2:2) zədə aldığı üçün əvəzlənən Urfan Abbasov müalicəsini davam etdirir. Asif Məmmədov və Feras Abu Akal isə bərpa prosesi keçir.

Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşü saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"