
“Qəbələ”nin məşqçisi Xaqani Məmmədov hakimi təhqir etdiyi üçün cəzalandırılıb.
Sportinfo.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının VI turunda “Turan Tovuz”la səfər oyununa təsadüf edib.
2:2 hesabı ilə başa çatan qarşılaşmanın 30-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra baş hakim Əliyar Ağayevin ünvanına “oyunu kişi kimi idarə et” ifadəsi işlədən mütəxəssisə AFFA İntizam Komitəsi tərəfindən 2 matç şərti olmaqla 5 oyunluq cəza kəsilib.
Sınaq müddəti 3 ay təyin edilib. Bu hərəkət “Qəbələ”nin 4000 manat cərimələnməsinə yol açıb.
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun isə qarşılaşmada “A buraxılışı” vəsiqəsindən istifadə etməməsi klubu 500 manat ziyana salıb.