Bu klubda meydandan qovulmayana pis baxırlar

19 Sentyabr 14:00 Qəbələ 266
Bu klubda meydandan qovulmayana pis baxırlar

Bir qapıçının verdiyi fayda tək etdiyi seyvlərlə ölçülmür.

Onun duruşu da çox önəmlidir. «

Qəbələ»ni artıq bunu anlamağa başlayıblar.

On Kristof Atanqanı qoy qapıya, bir Rəşad Əzizli eləməz. Sonra da özümüzünküləri bəyənmirik.

«Qəbələ»nin müdafiə xətti düzəlib eləməyib. Arxa xətt qara gündədir. Beş mərsiyəxan qadın lazımdır ki, bu müdafiəçiləri qoysun qabağına, səhər-səhər ağlasın.

Hər oyunda kobud səhvlər eləməsələr, «dincəlməzlər». İki ehtimalın üzərində dayanmaq zəruridir - ya Elmar Baxşıyev hazırlıq prosesinin gedişində bu çatışmazlıqlar üzərində çalışmır, ya da özləri qəsdən xətalara yol verirlər.

Sadəcə, qapıda daha Atanqana dayanmır, Əzizli dayanır. İkinci əla formadadır. Dünən Tovuzda əsl fədakarlıq nümunəsi sərgilədi.

«Turan»ın böyükhesablı qələbə qazanmasını təkbaşına əngəllədi. Etdiyi qurtarışlarla Canni De Byaziyə mesaj verdi ki, daşı tök ətəyindən, gələn dəfə məni də milliyə çağır.

«Qəbələ»də belə iradəli futbolçuların sayı çox azdır. Demək olar hamının əsəbləri korlanıb. Xaqani Məmmədovu hamımız sakit biri olaraq tanımışıq.

Baxın, artıq Elmar Baxşıyevin dinməz köməkçisi də dilə gəldi, Əliyar Ağayevə «oyunu kişi kimi idarə et» bağırdı.

Azərbaycanın ən tanınmış hakiminə bu sözü deyəcək qədər coşan Xaqani Məmmədovu qınamağa dəyməz.

«Qəbələ»də qırmızı vərəqə almayan futbolçu və məşqçiyə yaxşı baxmırlar.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu