
“Aşağı liqaya düşəcəyimizə inanmıram”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi İlkin Qırtımov deyib.
Ölkə kubokunun son sahibi yeni mövsümə uğursuz start verib. Konfrans Liqasında fiaskoya uğrayan «qırmızı-qaralar» Premyer Liqanın ilk 5 həftəsində dörd məğlubiyyət alıb.
Burada ikinci sezonunu keçirən arxa xətt oyunçusu “bəlkə klubda maliyyə problemi var” sualına belə cavab verib:
“Maliyyə baxımından hər şey qaydasındadır. Bu barədə heç bir şikayətimiz yoxdur.
Tək məqsədimiz hazırda qələbə qazanmaqdır. 4 oyun uduzduğumuz haqqımızda fərqli düşünə bilərlər.
Amma biz bu vəziyyətdən çıxacağımıza şübhə etmirik. Birinci liqaya enmək ehtimalımız sıfır faizdir".