Bu hadisə "Qəbələ"də hər kəsin ürəyincə oldu - QAYITDI

9 Sentyabr 08:30 Qəbələ 500
Bu hadisə "Qəbələ"də hər kəsin ürəyincə oldu - QAYITDI

Sportinfo.az xəbər verir ki, ötən mövsümün sonuna yaxın zədələnən və əməliyyat edilən "Qəbələ"nin aparıcı legioneri Fares Abu Akel artıq düşərgəyə qayıdıb.

Zədə səbəbindən ötən mövsüm ölkə kubokunun finalında "Neftçi"yə vacib görüşü də buraxan israilli artıq müalicəsini başa vurub və hazırda fərdi məşqlərə başlayıb.

26 yaşlı futbolçu hələ ki, tam hazır olmadığı üçün "Qəbələ" onu bu mövsüm üçün PFL- ə sifariş etməyib.

Amma yarımmüdafiəçi kollektivlə məşqlərə qoşulduqdan və tam hazır olduqdan sonra onun adı sifariş ediləcək və mövsümün gedişində komandasına qoşulacaq.

"Qəbələ" ötən mövsümün gedişində Faresin müqavilə müddətini bir mövsümlük artırmışdı. O, 2023/2024 sezonunun sonuna qədər bölgə klubuna məxsus olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 22:00 Premyer Liqaya qayıdır