COP29

"Canımızı qoyduq" - “Zirə”ni qələbədən edən 3 səbəb göstərdi

9 Sentyabr 2023 16:00 Qəbələ 393
"Canımızı qoyduq" - “Zirə”ni qələbədən edən 3 səbəb göstərdi

“Rəqiblərimizdən çox geri düşmüşdük.

Bu oyunda bizə 3 xal çox vacib idi. Meydanda canımızı qoyduq və qazandıq”.

“Qəbələ”nin futbolçusu Ahmed Ayzaya Sportinfo.az-a açıqlamasında komandasının “Zirə” üzərində qazandığı qələbəni qeyd edib.

Konfrans Liqasında 2, Premyer Liqada ardıcıl 4 oyunda məğlub olan bölgə təmsilçisi çətin durumda idi. “Qartallar”la matçda da uduzsaydı, hadisələrin sonrakı axarını təsəvvür etmək çətin deyildi.

Elmar Baxşıyevin yetirmələri gərgin qarşılaşmanı 1:0 hesabı ilə başa vurub cari futbol ilində ilk qələbəsini qazandı.

Nigeriyalı yarımmüdafiəçi vacib qələbədə motivasiyanı, doğma meydan amilini və azarkeşlərin dəstəyini ön plana çəkib:

“O qədər sevincliyəm ki, nə deyəcəyimi bilmirəm. Yeri gəlmişkən, bu, “Qəbələ” formasında rəsmi oyunlarda ilk qələbəm idi.

Motivasiya yüksək səviyyədə idi. Sanki final görüşünə çıxmışdıq. Bu qədər yenilgidən sonra geriyə yol yox idi.

Doğma meydanın, öz azarkeşlərimizin qarşısında oynamağın da komandaya köməyi dəydi. Gücümüzə inananaq istəyimizə çatdıq.

Fürsətdən istifadə edib bizə güvənən azarkeşlərimizə təşəkkür edirəm. Növbəti matçı da qalibiyyətlə başa vurmaq üçün əlimizdən gələni edəcəyik”.

“Qəbələ” növbəti turda “Turan Tovuz”la qarşılaşacaq. Sentyabrın 17-nə nəzərdə tutulan oyun Tovuz şəhər stadionunda keçiriləcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti