Afrikalı forvardın bura qayıdacağı tarix məlum oldu

8 Sentyabr 2023 16:40 Qəbələ 763
Afrikalı forvardın bura qayıdacağı tarix məlum oldu

"Qəbələ" milli komandalara görə yaranmış fasilədə məşqləri bərpa edib.

Amma komandanın yeni transferi hələ də hazırlığına qoşulmayıb.

Söhbət iki gün əvvəl transferi rəsmi açıqlanan Samuel Tettehdən gedir.

2 mövsümlük müqavilə imzalanan forvardın ölkəmiz gəlişinin gecikmə səbəbi vizadır.

Rəsmilər hazırda onun sənədləri ilə məşğuldur.

Əgər hər hansı problem çıxmazsa 27 yaşlı qanalı 12 sentyabr Elmar Baxşıyevin sərəncamında olacaq.

Tettehin son klubu “Adanaspor” olub. 2021-ci ildən Türkiyə təmsilçisində forma geyinən forvard icarə əsasında “Bandırmaspor”da (2023) da çıxış edib.

O, karyerası ərzində Qanada VAFA (2014-2016), Avstriyada “Lieferinq” (2016-2017), “Red Bull” (2017-2021), LASK (2018-2020, icarə), “Sankt-Polten” (2021, icarə), ABŞ-da “Nyu-York Red Bull” (2020, icarə) klublarının şərəfini qoruyub.

Qananın U-20 yığmasında da oynamış hücumçu 2015-ci ildən ölkəsinin əsas millisində debüt edib. O, bu komandada 8 matçda 1 qol vurub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti