
Asif Məmmədov kapitanı olduğu «Qəbələ»də yeni vəzifəsinin icrasına başlayıb.
Hələlik qeyri-rəsmi şəkildə.
36 yaşlı yarımmüdafiəçi Elmar Baxşıyevin köməkçisi kimi üzərinə missiya götürüb.
Bu, Premyer Lqanın 5-ci turu çərçivəsində «Zirə» ilə keçirilən oyunda öz təsdiqini tapıb. Belə ki, baş hakim 73-cü dəqiqədə baş məşqçini texniki zonadan uzaqlaşdırandan sonra Məmmədov ön plana çıxıb.
O, bir çox epizodlarda komanda yoldaşlarına göstəriş verib. Hətta referinin qərarına etiraz edib və 90+6-cı dəqiqədə sarı vərəqə alıb.
Bu gün isə AFFA-nın İntizam Komitəsi “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevi cəzalandırıb. Komitə sözügedən mütəxəssisin 2 dəqiqə ərzində qırmızı vərəqə almasına hüquqi qiymət verib.
43 yaşlı çalışdırıcı 1 oyunluq cəzaya məruz qalıb. Klub isə buna görə 800 manat cərimələnib.
“Qəbələ”nin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada bölgə təmsilçisinin 6, bakılıların isə 4 oyunçusu sarı vərəqə alıb. Bu, komandaların hərəyə 700 manat cərimələnməsinə səbəb olub.
SPORTİNFO.AZ