Premyer Liqa klubunun baş məşqçisi AFFA-nin qəzəbinə tuş gəldi

7 Sentyabr 2023 13:20 Qəbələ 823
Premyer Liqa klubunun baş məşqçisi AFFA-nin qəzəbinə tuş gəldi

AFFA İntizam Komitəsi “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevi cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, komitə Azərbaycan Premyer Liqasının V turunda “Zirə” ilə keçirilən oyunda mütəxəssisin qırmızı vərəqə almasına hüquqi qiymət verib.

43 yaşlı məşqçi 1 oyunluq cəzaya məruz qalıb. Klub isə buna görə 800 manat cərimələnib.

“Qəbələ”nin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada bölgə təmsilçisinin 6, bakılıların isə 4 oyunçusu sarı vərəqə alıb. Bu, komandaların hərəyə 700 manat cərimələnməsinə səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti