
"Qəbələ" heyətinə yeni futbolçu qatıb
Sportinfo.az xəbər verir ki, "qırımızı-qaralar" son klubu “Adanaspor” olan Samuel Tettehi transfer ediblər.
27 yaşlı qanalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
2021-ci ildən Türkiyə təmsilçisində forma geyinən forvard icarə əsasında “Bandırmaspor”da (2023) da çıxış edib.
Tetteh karyerası ərzində Qanada VAFA (2014-2016), Avstriyada “Lieferinq” (2016-2017), “Red Bull” (2017-2021), LASK (2018-2020, icarə), “Sankt-Polten” (2021, icarə), ABŞ-da “Nyu-York Red Bull” (2020, icarə) klublarında oynayıb.
Qananın U-20 yığmasında da çıxış etmiş hücumçu 2015-ci ildən ölkəsinin əsas millisində debüt edib. O, bu komandada 8 matçda 1 qol vurub.
"Qəbələ" bu yay Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko, Gilad Avramov, Osama Xalayla, Rauf Hüseynli, Bilel Auaşeriya və Rəşad Əzizlini də transfer edib.
Onun Türkiyədə oynadığı dövrdəki performans videosunu təqdim edir: