Qana millisinin forvardı Azərbaycan klubunda - SON DƏQİQƏ

5 Sentyabr 2023 11:40 Qəbələ 3 863
Qana millisinin forvardı Azərbaycan klubunda - SON DƏQİQƏ

"Qəbələ" heyətini yeni transferlə gücləndirib.

Bölgə klubu qanalı forvardla anlaşıb.

Söhbət 27 yaşlı Samuel Tettehdən gedir. Tərəflər bütün detallarda razılığa gəlib.

Hazırda azad agent olan legionerin sonuncu klubu Türkiyənin "Adanaspor" komandası olub.

O, daha əvvəl qardaş ölkənin "Bandirmaspor" kollektivində çıxış edib.

Ölkəsində WAFA-nın yetirməsi olan Tetteh karyerası ərzində Avstriyada "Zalsburq", LASK, "Pölten" və ABŞ-da "New York" klublarında legioner həyatı yaşayıb.

Qanalı hücumçu ölkəsinin millisində 8 görüş keçirib, 1 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA