“Qəbələ” niyə uçurumun dibinə yuvarlandı? - AÇIQLAMA

2 Sentyabr 2023 17:00 Qəbələ 642
“Qəbələ” niyə uçurumun dibinə yuvarlandı? - AÇIQLAMA

«Bəli, çətin vəziyyətlə üz-üzəyik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin hücumameylli yarımmüdafiəçisi Bilel Auaşeriya deyib.

Bölgə klubu Premyer Liqada keçirdiyi ilk 4 turda məğlubiyyətlə üzləşib. Belə fiaskoya səbəb nədir? Komanda niyə toparlana bilmir?

29 yaşlı fransalını dinləyək:

«Düşdüyümüz vəziyyətə görə kimisə günahlandırmaq olmaz. Birgə qələbə qazandığımız kimi, birgə də uduzuruq.

Yaşananlar xoş deyil. Növbəti turlarda azarkeşləri sevindirməyə çalışacağıq”.

“Qəbələ” bu yay Bilellə 2 illik müqavilə imzalayıb. “Sent Etyen”in yetirməsi vinger kimi də çıxış edir.

O, son iki mövsümdə “Jil Visente”də forma geyinib. Karyerası ərzində “Sent Etyen”, Portuqaliyada “Kovilya”, “Moreyrense”, “Farense”nin də şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti