Fransalı hücumçunun “Neftçi” haqda sözü bu oldu

28 Avqust 2023 19:40 Qəbələ 2 590
Fransalı hücumçunun “Neftçi” haqda sözü bu oldu

“Qəbələ”nin yarımmüdafiəçisi Bilel Auaşeriya Premyer Liqanın 4-cü turunda “Neftçi”yə məğlub olduqları (2:0) matç haqda Sportinfo.az-a açıqlama verib:

"Neftçi"nin şansları daha çox oldu. Biz isə yenə fərqlənə bilmədik.

Amma yaxşı oynadığımızı düşünürəm. Bəzi epizodlarda bizim komanda daha yaxşı idi.

Ancaq yaxşı nəticə üçün bunlar yetərli olmadı. Hətta oyunçu sayında üstünlük qazansaq da epizodlar yarada bilmədik.

İstədiyimiz qələbəni növbəti matçda əldə edəcəyimizi ümid edirik”.

“Qəbələ” bu yay 29 yaşlı fransalı hücumçu ilə 2 illik müqavilə imzalayıb. “Sent Etyen”in yetirməsi olan Bilel vinger kimi də çıxış edir.

O, son iki mövsümdə “Jil Visente”də forma geyinib. Karyerası ərzində “Sent Etyen”, Portuqaliyada “Kovilya”, “Moreyrense”, “Farense”nin də şərəfini qoruyub.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti