
“Qəbələ”nin müdafiəçisi İlkin Qırtımov Azərbaycan Premyer Liqasının 3-cü turunda “Sumqayıt”a məğlub olduqları (1:2) görüş haqda Sportinfo.az-a müsahibə verib.
- Yenə məğlub oldunuz...
- Amma digər oyunlara baxanda bu gün bir az hərəkətlilik vardı. Sadəcə, qol epizodlarına az giririk.
- Səncə, səbəb nədir?
- Daha çox hərəkət etməliyik. Topu özümüzdə daha çox saxlamağa çalışmalıyıq. Yəqin ki, bu da oyundan oyuna düzələcək.
- Karyeranda belə uğursuz strartla üz-üzə qalmısanmı?
- Xeyr, belə şey olmayıb.
- Maraqlıdır, öz aranızda müzakirə edərkən belə starta əsas səbəb kimi nəyi görürsüz?
- Düzdür, öz aramızda çox müzakirə edirik. Bizim üçün ağır durumdu. Belə hal çox komandanın başına gəlir. Biz də vəziyyətdən çıxmağa çalışırıq.
- Mövsümdə ilk oyununu keçirdin və fasilədə əvəzləndin. Nə baş verdi?
- Zədəm hələ tam sağalmayıb. 90% düzəlmişəm. Ona görə əvəzləndim.
XANOĞLAN İMANOV