
«Qəbələ» yeni mövsümə biabırçı başlayıb.
Yayın əvvəlində aparıcı simaları ilə vidalaşan «qırmızı-qaralar» indi məğlubiyyətləri sıralamaqda davam edir.
Konfrans Liqasında «Omoniya» qarşısında rüsvay olan ölkə kubokunun sahibi Premyer Liqada da ilk 3 turu yenilgi ilə başa vurub.
«Sabah», «Araz-Naxçıvan» və «Sumqayıt»a boyun əyən əyalət təmsilçisinin düşərgəsində gərginlik hökm sürür.
Komanda qruplaşmalara bölünüb: ötən illərdən burada çıxış edən futbolçular yeni gələnləri bəyənmir və qəbullanmır.
Onlar bununla bağlı narazılığını özlərində saxlamayıblar, rəhbərliyin və məşqçilər korpusunun da diqqətinə çatdırıblar.
Bildiriblər ki, yaxınlarda müqaviləyə imza atanların heç biri gedənlərin yerini doldurmur və komandaya can yandırmır.
SPORTİNFO.AZ