Bir hücumçu almırlar, avrokuboklara getmək istəyirlər - "Qəbələ" nağılının faciəvi sonu

20 Avqust 2023 23:40 Qəbələ 836
Bir hücumçu almırlar, avrokuboklara getmək istəyirlər - "Qəbələ" nağılının faciəvi sonu

Hər nağılın sonu eynidir – göydən yerə üç alma düşür. Biri sənin, biri mənim, biri də…
Biri də Elmar Baxşıyevin.
«Qəbələ» keçən mövsümü bir şirin nağıl kimi keçirdi. Su kimi axıb, öz çuxurlarını tapdılar, Premyer Liqada dördüncü yeri tutdular, dayanmadılar, ölkə kubokunu da «Neftçi»nin əlindən aldılar.
O çuxura necə düşüblərsə, hələ də oradan çıxa bilmirlər. İlişib qalıblar içində. Xırda cəhd belə, göstərmirlər. «Qəbələ»nin dünən doğma məkanda «Sumqayıt»a qarşı sərgilədiyi oyunun ilk 1 saatı tamamən fiasko idi. Əgər «Sumqayıt» birinci hissədə vurduğu qolların davamını fasilədən sonra da gətirmək istəsəydi, «Qəbələ»nin qapısı önündə «yas çadırı» qurulacaqdı. Qonaqların hesab arasında fərq yaratmaq niyyətində olmadığını, qəsdən orta sahəni boşaltdılarını, bir tək müdafiə barədə düşündüklərini görüncə, açılışdılar, ötənilki «Qəbələ»nin kiçik qardaşı kimi oynamağa başladılar. Bir dəfə fərqləndilər, üç-dörd dəfə də bəxtləri gətirmədi.
Oyunun bu bölümü məni «Qəbələ» adına razı saldı. Mərc gəlirəm, Elmar Baxşıyev onları Premyer Liqadan enməyə qoymayacaq. «Qəbələ» bir neçə həftəyə özünə gələcək, autsayderlər arasında seçiləcək. Təhlükəli zonadan uzaqlaşacaqları günü görmək üçün gələn ilin mayını gözləmək lazım gəlməyəcək. Nə olacaqsa, ondan bir az tez olacaq.
Klubun əql yiyələrinin Elmar Baxşıyevdən avrokuboklara vəsiqə istədiyini eşidirəm. Açığı, inanmağım gəlmir. Getsinlər hələ bir baş məşqçiyə istədiyi hücumçunu alsınlar görüm. İki aydır dad döyüb göyə çıxır, əhli-kef adamlardır da, heç tükləri tərpənmir.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti