
“Qəbələ”nin ev və səfər oyunlarında tribunalarda görməyə alışdığımız “Red Black Army” “Araz-Naxçıvan”la qarşılaşmada da “Dalğa Arena”daydı.
90 dəqiqə komandaya dəstək verən, hətta buraxılan birinci qoldan sonra da futbolçuları qələbəyə səsləyən azarkeş qrupunun üzvləri növbəti dəfə məğlubiyyətə üzüldü.
Naxçıvan təmsilçisi qəbələlilərin qapısından 2 cavabsız top keçirməklə qələbəni bayram etdi.
Hakimin final fitindən sonra öncə Ahmed Ayzaya ilə Kristof Atanqana, daha sonra digər futbolçular “Red Black Army”nin tribunasına tərəf yön alıb, azarkeşlərə təşəkkür etmək niyyətindəydi.
Lakin yenilgidən pərişan olan 20-yə yaxın fanat ayağa qalxmadı. Bununla da, futbolçulara hazırkı durumdan razı qalmadıqlarını göstərmiş oldular.
Tərəfdarların soyuqluğunu görən komanda üzvləri vəziyyəti başa düşərək yarı yoldan qayıdıb paltardəyişmə otağına üz tutdular.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: