Azərbaycan Premyer Liqasında mövsümə ən uğursuz start verən komada "Qəbələ"dir.
Əbəs deyil ki, arxada qalan 2 turdan sonra bölgə klubunun aktivində nəinki xal, heç qol da yoxdu.
Əvəzində "qırmızı qaralar"ın qapısından rəqiblər 7 top keçirib.
Sonuncu ölkə kubokunun sezona belə uğursuz start verməsinin səbəbi nədir?
Sualımıza cavab tapmaq üçün üz tutduq komandanın kapitanı Urfan Abbasova.
Müdafiəçi Sportinfo.az-a açıqlamasında aşağıdakıları dedi:
"Bir az çətindi. Belə startdan sonra özünə gəlmək çətindir. Sonuncu oyunda da yaxşı mübarizə sərgiləmədik.
Ardıcıl səhvlər oldu. Konfrans Liqasında "Omoniya" ilə ilk oyunda çıxışımızda olan ümidi hələ də itirmirik.
Düzdür, məğlubiyyətər oldu. Biz bundan dərs çıxarmalıyıq. Yaxşı analiz edib, daha yaxşı hazırlaşmalıyıq.
İndidən əl-qolumuzu yanımıza salıb, belə də qəbul etsək, nəticələr daha da pis ola bilər.
"Sumqayıt"la çətin oyunumuz var. Bir qələbə hər şeyi dəyişə bilər.
Kollektibdə ruh düşkünlüyü var. Qələbə ilə ona aradan aparmaq, özünə inamı qaytarmaq olar.
Zaman hər şeyi özü göstərəcək. Çalışacağıq ki, bunu aradan qaldıraq. Uşaqlarla öz aramızda da başverənləri danışırıq.
Heç kim belə olmasını istəməz. Amma bu futboldu. Burada hər şey olur. Əsas odur ki, dərs çıxarmaq və qabağa baxmaq lazımdır".
XANOĞLAN

