"Qəbələ" – Özün belə etdin, özün də zəhmət çək, pulu ödə!

17 Avqust 2023 14:00 Qəbələ 2 038
"Qəbələ" – Özün belə etdin, özün də zəhmət çək, pulu ödə!

AFFA İntizam Komitəsi "Qəbələ"nin hücumçusu Ülvi İsgəndərovu iki oyunluq cəzalandırıb.

Buna onun Azərbaycan Premyer Liqasının II turunda "Araz-Naxçıvan"la matçda (0:2) təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

"Qırmızı-qaralar" 2000 manat cərimələnib. Həmin pul Ülvinin öz maaşından tutulacaq.

Bu barədə saytımıza komandanın baş məşqçisi Elmar Baxşıyev məlumat verib. O, forvardın klubun daxili intizam kodeksinə əsasən cəzalandırılacağını söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM