"Qəbələ" yeni hücumçu almağa hazırlaşır - AÇIQLAMA

16 Avqust 2023 15:00 Qəbələ 1 667
"Qəbələ" yeni hücumçu almağa hazırlaşır - AÇIQLAMA

Yeni mövsümə uğursuz start verən «Qəbələ» hücumçu axtarışındadır.

Kipr «Omoniya»ına hər iki oyunda uduzaraq Konfrans Liqası ilə ilkin mərhələdə vidalaşan, Premyer Liqanın ilk 2 turunda məğlubiyyətə uğrayan «qırmızı-qaralar» hazırda bu mövqeyə bir neçə legionerlə danışıqlar aparır.

Bu haqda Sportinfo.az-a komandanın baş məşqçisi Elmar Baxşıyev məlumat verib:

«Bizə hücumçu lazım olduğunu rəhbərliyə demişəm. İki aydır axtarışdayıq. Namizədlərimiz var. Hələ razılaşma yoxdur, gözləyirik».

Ölkə kubokunun sahibi bu yay 8 yeni adı düşərgəsinə qatıb.

Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko, Gilad Avramov, Osama Xalayla, Rauf Hüseynli, Bilel Auaşeriya, Rəşad Əzizli komandaya qoşulan simalardır.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM