"Qəbələ"də qəribə müəmma, qarışıq düyün

19 Avqust 2023 16:00 Qəbələ 801
"Qəbələ"də qəribə müəmma, qarışıq düyün

"Qəbələ" bu yay sıfırdan yığıldı deyə bilərik.

Heyətin 80%-i yeni futbolçularla əvəz olundu.

Məsələn, Premyer Liqada illərdi təcrübəsi olan bölgə klubunun debütant "Araz Naxçıvan"dan heç bir fərqi yox idi.

"Qəbələ" də "Araz" kimi gizli qutu idi. "Görən, necə olacaq" sualı hamımızı düşündürürdü.

Konfrans Liqasının "Omoniya" ilə ilk matçında məğlub olmağa rəğmən (2:3) göstərilən parlaq futbol gələcəyə böyük ümid vermişdi.

Elmar Baxşıyevin qısa müddətdə gördüyü iş hər birimizi təəccübləndirmişdi.

Lakin bu təəccübün davamı gəlmədi. Sanki Kiprdəki 1:4 hesablı məğlubiyyət futbolçuları qəflət yuxusan apardı. İndi onları tanımaq mümkün deyil.

Davamı Masazırda "Sabah"a 0:5, Mərdəkanda "Araz"a 0:2 ilə gəldi.

Yəqin ki, ayılmasalar şok hələ çox davam edəcək.

3 oyunda 11 qol buraxan kollektiv əvəzində 1 dəfə fərqlənə bilib.

Klubdan, futbol ictimaiyyətindən kimin danışdırsan ciddi səbəb göstərə bilmir.

Hər kəs müəmma içindədir.

Axı bir komanda 10 günün içində necə belə dəyişə bilər?

Qəribədir.

Və bu qədər qəribə, müəmma içində Elmar Baxşıyev bir çarə mütləq tapmaldır.

Yaranan düyün mütləq açılmalıdır. Düzdü, uzun marafon qarşıdadır. Lakin startda itirilən xallar sonra hələ çox başağrısı olacaq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA