Əsas heyətdə ehtiyat vərdişini unudan azərbaycanlı forvard

16 Avqust 2023 23:40 Qəbələ 1 157
Əsas heyətdə ehtiyat vərdişini unudan azərbaycanlı forvard

Ülvi İsgəndərov deyiləndə yada ehtiyatdan çıxıb, qolları sıralayan forvard düşür.

Bəzən hətta onda bu o qədər uğurlu alınır ki, əsas heyətdə oynamalı olduğu ciddi müzakirələrə yol açır.

Hücumçunun mətbuata müsahibələrində də əsas heyətdə oynamaq həvəsi açıq sezilir.

Bir futbolçunun keçirə biləcəyi normal hisslərdi.

Amma statistika göstərir ki, İsgəndərov 5 oyun ardıcıl sonradan meydana çıxıb qol vursa belə, onu 6-cı matçda da ilk "onbirliyə" salmaq olmaz.

Aşağı-yuxarı Elmar Baxşıyev onunla bağlı yazılmamış qanunlara əksər vaxt əməl edir.

Etməyəndə də zərərin görür.

Son oyunda olduğu kimi.

Belə ki, Ülvi bölgə klubunun son 4 matçından 3-də əsas heyətdə meydana çıxıb. Amma yaxşı heç nə ilə yadda qalmayıb. Hələ Mərdəkanda aldığı qırmızı ilə komandasını pis duruma salıb. Görünür, boşa keçən oyunlar onun psixologiyasın da korlayır.

3 oyunda əsas heyət görən futbolçu ehtiyatdan daxil olduğu "Sabah"la matçda da fərqlənə bilməyib. Deyəsən, əsas heyət üzvü olanda ehtiyatdan daxil olub qol vurmaq vərdişi də yaddan çıxır.

Yəqin ki, Baxşıyevin Ülvini əsas heyətdə oynatmaq qərarı məcburiyyətdən irəli gəlir. Ki, heyət geniş deyil. İllər təcrübəsinə də güvənməyib, bəs kimə güvənsin?

Yəqin ki, uğursuz oyunlar seriyası və son hərəkəti indiki şərtlər altında belə onun əsas heyətə yolunu bağlamış olacaq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA