"Qəbələ" mövsümə acınacaqlı məğlubiyyətlə başladı.
Masazırda "Sabah"ın qonağı olan bölgə klubu 0:5 hesablı darmadağına üzüldü.
Final fitindən sonra qonaq cəbhədəki üzüntünü görməmək mümkün deyildi.
Belə məqamda Qəbələdən gələn tərəfdarlar sadiqlik nümayiş etdirərək futbolçularına sahib çıxdı.
Belə ki, 90 dəqiqə başa çatan kimi uzun müddət tribunaları tərk etməyən fanatlar futbolçuları yanlarına çağırdılar.
Amma gözləmədikləri mənzərə ilə qarşılaşdılar.
Belə ki, cəmi 4-5 futbolçu onların çağırışına reaksiya verdi, yanlarına getdi.
Qalanları isə birbaşa paltardəyişmə otağına yollandı.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anın görüntülərin sizə təqdim edirik:

