\Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib.
Turnirdə mübarizə aparan təmsilçilərimizdən "Neftçi", "Sabah" və "Qəbələ" növbəti matçlarına çıxıb.
"Qəbələ" Kiprdə "Omoniya" ilə qarşılaşıb. Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Tərəflər arasında Qəbələdəki ilk oyun isə komandamızın 2:3 hesablı məğlubiyyəti ilə başa çatmışdı. Odur ki, Azərbaycan kubokunun son sahibi qitə arenasıyla erkən vidalaşıb.
Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, burada təcrübə qalib gəlib:
"Tərəfləri müqayisə etdikdə, “Omoniya” bir addım öndə idi. Belə də oldu.
Amma "Qəbələ" yeni transferləri ilə bu mövsüm Premyer Liqada fərqli səviyyəyə yüksələcək. Yəni, avrokubokda mübarizə dayandırıldı deyə üzülmək lazım deyil".
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

