"Qəbələ" yenidən qüvvəsini Konfrans Liqasında sınayacaq"

4 Avqust 2023 00:20 Qəbələ 1 013
"Qəbələ" yenidən qüvvəsini Konfrans Liqasında sınayacaq"

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Omoniya” (Kipr) - “Qəbələ” matçından (4:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Sportinfo.az sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Ötən həftə keçirilən ilk oyunda komandamdan istədiyimi meydanda görürdüm. Həmin qarşılaşmada daha çox üstün olan tərəf biz idik.

Amma bu gün “Omoniya” üstün futbol nümayiş etdirdi. Rəqib layiqli qələbə qazandı.

Biz yeni komandayıq. İnanıram ki, oyunlar getdikcə komandamız iddiasını göstərəcək və yenidən qüvvəsini Konfrans Liqasında sınayacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA