
"Qəbələ" Konfrans Liqasında mübarizəni dayandırıb.
Sportinfo.az xəbər verir ki, II təsnifat mərhələsinin cavab oyununda Kiprdə "Omoniya"ya 1:4 hesabı ilə uduzan "qırmızı-qaralar" turnirlə erkən vidalaşıb.
Matçda ilk qolu meydan sahibləri vurublar. 5-ci dəqiqədə Roman Bezus hesabı açıb. Ukraynalı futbolçu 29-cu dəqiqədə dubl edib.
10 dəqiqə sonra Adam Lanq 3-cü topu "qırmızı-qaralar"ın qapısından keçirib. İlk hissə bu hesabla başa çatıb.
"Qəbələ" ikinci yarıya qolla başlayıb. 56-cı dəqiqədə Ahmed Ayzaya uzaq məsafədən baxımlı zərbə ilə fərqi azaldıb.
Buna baxmayaraq, cəmi 3 dəqiqə sonra Villi Semedu Azərbaycan təmsilçisini 4-cü dəfə meydanın mərkəzinə dəvət edib.
Bu komandaların ilk dualindən də "Omoniya" qalib ayrılmışdı - 3:2.
3 avqust
21:00 "Omoniya" (Kipr) - "Qəbələ" 4:1
Qollar: Roman Bezus, 5; 30-pen. Adam Lanq, 38. Senu Kulibali, 59 – Ahmed Ayzaya, 56.
Baş hakim: Adam Ladebek (İsveç)
İlk oyun – 3:2
Nikosiya, “GSP Arena”
"Omoniya": 40. Fabiano (k), 3. Adam Matteus, 5. Senu Kulibali, 7. Villi Semedo, 8. Moreto Kassama, 9. Andronikos Kakulli, 10. Loizos Loizu, 17. Yan Letsyaks, 19. Fuad Başiru, 22. Adam Lanq, 90. Roman Bezus.
Ehtiyat oyunçular: 23. Fransiz Uzoho, 98. Çaralambos Kiriakidis, 6. Markinyos, 18. Kərim Ənsərifərd, 20. Panayotis Zakariu, 21. Velko Simiç, 31. İoannis Kusulos, 73. Nemanya Miletiç, 74. Panayotis Andreu, 76. Çaralampos Çaralampus, 82. Nikolas Kiriakidis, 86. Andreas Xristou.
Baş məşqçi: Sofronis Avqusti.
"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 4. Lukas Afriko, 7. Emil Səfərov, 9. Əyyub Allaş, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 28. Murad Musayev, 34. Ürfan Abbasov (k), 72. Osama Xalayla, 99. Ahmed Ayzaya.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizov, 36. Elməddin Sultanov, 94. Həbib Huşənov, 5. Rauf Hüseynli, 8. Gilad Abramov, 12. Nicat Əliyev, 17. Yaovi Akakpo, 18. Mehrac Baxşalı, 29. Bilel Auaşeriya, 23. Xəyal Xudaverdiyev, 33. Hüseyn Mürsəlov, 71. Sənan Ağalarov.
Baş məşqçi: Elmar Baxşıyev.