"İstədiyimizi alacağıq"

2 Avqust 2023 23:30 Qəbələ 767
"İstədiyimizi alacağıq"

“Qəbələ” Konfrans Liqasının II təsnifat mərhələsinin sabah keçiriləcək cavab oyununda “Omoniya” ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev Kiprdəki matçdan bir gün əvvəl fikirlərini klubun rəsmi saytına açıqlayıb:

“Komandamız bu gün Kiprə çatıb. Bizi vacib oyun gözləyir.

Futbolçular da matçın əhəmiyyətini yaxşı dərk edirlər. Düşünürəm ki, sabah layiqli mübarizə aparacaq və istədiyimiz nəticəni alacağıq.

İki matç arasında olan bir həftə ərzində heç nəyi dəyişmək mümkün deyil. Sevindiricidir ki, komanda oyundan sonra hər şeyə düzgün reaksiya verdi və qarşıdakı matça hazırlaşmağa başladı.

Futbolçular da ilk qarşılaşmada yaxşı futbol göstərdiklərini dərk edirlər. Əlbəttə, sabah asan olmayacaq.

Amma təslim olmaq fikrində deyilik. Azarkeşlərimiz bizimlə olmasa da, onları sevindirməyə çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM