Braziliyalıdan azərbaycanlı məşqçini üzəcək PERFORMANS

1 Avqust 2023 23:40 Qəbələ 1 626
Braziliyalıdan azərbaycanlı məşqçini üzəcək PERFORMANS

Ötən mövsüm başa çatan kimi "Qəbələ"ni 10-a yaxın futbolçu tərk etdi.

Onların arasında braziliyalı Ramon Maçado da vardı.

Ölkəmizdə ilk olaraq "Neftçi"də çıxış edən (2021/22 mövsümü) forvard ötən sezonu bölgə klubunun formasında keçirdi.

32 yaşlı hücumçunun ölkə kubokunu qazanmasında, çempionatı 4-cü pillədə başa vurmasında "Qəbələ"yə az faydası dəymədi.

Ramon uğurlu çıxışını indi də Malaziyada davam etdirir.

Bu ölkənin "Sabah" klubuna keçən ön xətt oyunçusu ilk matçlardan qarşısı alınmazdır.

Belə ki, o, meydana çıxdığı ilk 4 görüşdə aktivinə 4 qol, 2 asist yazdıra bilib.

Qısa müddətdə "Sabah"ın liderinə çevrilib.

Maraq üçün bildirək ki, futbolçu "Neftçi"də 28 oyuna 7 qol, "Qəbələ"də isə 37 görüşə 10 qol vura bilmişdi.

Malaziyadakı startını nəzərə alsaq, deməli, arada yerlə-göy qədər fərq var.

Sərəncamında yaxşı forma yığan hücumçunun indi başqa klubda belə performansın gördükcə Elmar Baxşıyev üzülməsin nə etsin?

Xatırladaq ki, cənubi amerikalı legionerin "qırmızı qaralar"ı Malaziya klubuna dəyişməsi sırf yaxşı maliyyə şərtlərinə görə olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA