"Qəbələ" üçün Kiprdə NÖVBƏTİ ƏNGƏL

1 Avqust 2023 21:00 Qəbələ 1 617
"Qəbələ" üçün Kiprdə NÖVBƏTİ ƏNGƏL

"Qəbələ" Konfrans Liqasının ikinci mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Omoniya"nın qonağı olacaq.

İlk matçda doğma meydanda 2:3 hesabı ilə uduzan təmsilçimiz Nikosiyada ağır oyunun gözlədiyi məlumdur.

"Qırmızı-qaralar" təkcə rəqibə qarşı yox, həm də çılğın kiprli fanatlara qarşı mübarizə aparacaq.

Bunun qarşılığında isə azərbaycanlı azarkeşlərdən dəstək görməyəcək.

Azərbaycan və Türkiyə dövlətlərinin Kiprlə diplomatik əlaqələrinin olmaması sözügedən ölkədə bu iki millətdən olan insanların yaşamasını əngəlləyir.

Bir sözlə, cümə axşamı GSP stadionuna toplaşanlar yalnız meydan sahibi komandaya azarkeşlik edəcək. "Qəbələ" isə istənilən halda dəstəksiz qalacaq.

Avqustun 3-də baş tutacaq "Qəbələ" - "Omoniya" oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA