“Burada “Qarabağ” və “Neftçi” var, Premyer Liqa mənə maraqlı gəlir”

31 İyul 2023 21:00 Qəbələ 1 946
“Burada “Qarabağ” və “Neftçi” var, Premyer Liqa mənə maraqlı gəlir”

"Azərbaycan çempionatında dünyanın müxtəlif yerlərindən, müxtəlif liqalarda təcrübəsi olan çoxlu oyunçular var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin legioneri Əyyub Allaş deyib.

Bu ilin əvvəlindən ölkəmizdə çıxış edən Marakeş kökənli yarımmüdafiəçi Premyer Liqa haqda fikirlərini bildirib:

“Gəlmə oyunçuların olması çempionatı rəqabətli edir. “Qarabağ” və “Neftçi” kimi Avropa yarışlarında - Konfrans Liqasında, Avropa Liqasında və Çempionlar Liqasında çıxış edən üç-dörd komandanız var.

Bu, karyerama davam etmək istədiyim səviyyədir. Premyer Liqa mənə maraqlı gəlir.

“Qəbələ”ni seçməyimə qətiyyən peşman olmamışam. İstəyrəm ki, hər oyunda özümü yaxşı tərəfdən göstərim”.

25 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi ilə 2024-cü ilin yayınadək nəzərdə tutulan sözləşməyə qol çəkib. Onun son klubu Belçika “Virton”u olub.

Əyyub Allaş karyerası ərzində “Lyers” (2014-2018), “Svope Park Reyncers” (2019-2020) və “Lyers Kempenzone” (2020-2021) klublarında da çıxış edib.

2015-ci ildə Mərakeşin U-20 millisinin heyətində oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA