“Qəbələ” SON ANDA "Omoniya"dan XOŞ XƏBƏR aldı

30 İyul 2023 22:00 Qəbələ 2 584
“Qəbələ” SON ANDA "Omoniya"dan XOŞ XƏBƏR aldı

“Qəbələ” Kipr səfəri öncəsi vacib problemin həllinə nail olub.

Azərbaycanla Kipr arasında diplomatik əlaqələr olmadığından, bu ölkələrin birinin digərində səfirliyi yoxdur.

Vəziyyətin bu cür olması isə “Qəbələ”nin nümayəndə heyətinin Kiprə daxil olmaq üçün viza almasında çətinlik riski yaratmışdı.

Bölgə təmsilçisi “Omoniya” ilə danışıqlardan sonra istəyinə çatıb.

Nikosiya klubunun rəsmiləri dövlət qurumları ilə danışandan sonra bizimkilərə bu yöndə lazım olan köməkliyi göstərəcəyinə dair söz verib.

Son nəticədə məlum olub ki, “qırmızı-qaralar” ölkəyə giriş vizasına Larnakadakı hava limanında sahib olacaq. Nümayəndə heyəti sözügedən ölkəyə eniş edən kimi onara növbəsiz şəkildə giriş-çıxış vərəqəsi veriləcək.

Avqustun 3-də GSP stadionunda keçiriləcək “Omoniya” – “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qəbələdəki ilk dueldə kiprlilər 3:2 hesabı ilə qalib gəlib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA