Başda "Atletik"i görüb, sonda Azərbaycan klubuna gəlibsə…

29 İyul 2023 11:40 Qəbələ 1 862
Başda "Atletik"i görüb, sonda Azərbaycan klubuna gəlibsə…

«Qəbələ» ötən mövsüm bir güllə ilə iki dovşan vurdu.

Premyer Liqada dördüncü yeri götürdü,

ölkə kubokunda finalı qazandı. Gözləmək olardı ki, bu uğurlu sonluq Heydərovlar ailəsini insafa gətirəcək, onlara məxsus holdinq kluba normal büdcə ayıracaq.

Nə ata Kəmaləddin Heydərov bunu etdi, nə də oğlu Tale Heydərov.

Belədə Elmar Baxşıyev yerdən yoluna davam etməli oldu. Amma son 2-3 ilin heyəti ilə deyil. Aparıcı legionerlərin demək olar hamısı qırmızı-qara formayla vidalaşdı.

Bir-birinin ardınca 10-a yaxın futbolçunun düşərgədən aralanması istənilən baş məşqçi üçün faciəyə bərabərdir.

Baxşıyevin ölkə çapında qazandığı zəfərin «mükafat»ını Heydərovlar ona bu cür verdi. Hələ utanıb qızarmadan dünən də Qəbələyə, «Omoniya» ilə oyuna gəlmişdilər. Başının dəstəsi ilə yenə oradaydılar.

İki ay əvvəlki «Qəbələ»ni qoruyub saxlasaydılar, Kipr klubunu Konfrans «yol»unun üzərindən götürmək, hətta daha 1-2 mərhələ keçmək mümkün idi. Mən bunu əminliklə söyləyirəm.

Demirəm ki, Baxşıyevin gətirdiyi yeni legionerlər zəifdir və heç nə etməyəcəklər. Edəcəklər. Və bəlkə öncəki əcnəbilərin yerini artıqlamasıyla dolduracaqlar.

O hadisə bu gün baş verməyəcək. Heç sabah da baş verməyəcək. Sentyabrın ikinci yarısı, oktyabrından ilk həftəsinə kimi gözləməliyik. Minimum ovaxtadək.

Zaman lazımdır, düzələcək. Hamısı düzələcək, bircə… Qapı xətti Baxşıyevin ən yaralı yeri olaraq qalacaq.

Cərimə zərbəsindən buraxıdığı ilk 2 qol Kristof Atanqananın «Qəbələ»yə müftə yeyib-içməkdən ötür gəlməsinin dəlilidir.

«Atletik» kimi bir məşhur klubun akademiyasından çıxmış qapıçının niyə indiyədək sıradan bir Avropa komandasına lazım olmayıb da Azərbaycana pənah gətirməsinə başqa səbəb tapmaq çətindir.

Roman Bezusun uzaq məsafədən yerinə yetirdiyi hər iki vuruşa yalnız barmaqlarının ucuyla toxuna bilən Atanqananı, təklif edirəm ki, Baxşıyev yenə qapının önünə qoysun.

Bu dəfə meydandakı deyil, bazanın girişindəki qapının önünə. Onun yeri ən yaxşı halda oradır. Nigeriyalı yol verdiyi xətalarla yoldaşlarının əhvalını korladı, mübarizə əzmini qırdı.

«Qəbələ»nin qapısına təyin olunan penalti? Bu epizoddan heç danışmağa dəyməz. Rumıniyalı referinin qərarı gülməli və şübhəlidir.

UEFA Andrey Çivuletenin bukmeyker kontorları ilə gizli əlaqələrini araşdırmalıdır. İ

stər Murad Musayevin, istərsə də Əyyub Allaşın sarı vərəqə aldığı, ancaq birində penalti göstərib, birində göstərmədiyi fraqmentlər heç də təsadüfə oxşamadı.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA