Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Qəbələ" doğma meydanda Kipr "Omoniya"sına uduzdu -2:3.
Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, “Qəbələ” matça daha sürətli başladı.
Rəqibə ikinci zonada tətbiq edilən pressinq öz nəticəsini ilk dəqiqələrdə göstərdi:
"Belə epizodlardan birində meydan sahibləri hesabı açdılar. Qoldan sonra da eyni tempi davam etdirməyə çalışan “Qəbələ”də Emin Səfərov, Ahmed Ayzaya, Ömər Haninin performansı çox yaxşı idi.
Mövqe sığortalamasında Eminin düzgün zamanlaması rəqibin bir neçə hücumunun qarşısını aldı. Bununla yanaşı, “Qəbələ”nin futbolçuları ilk hissədə oyun planında xəttlərarası mıəsafəni çox düzgün yerinə yetirdilər.
Bunun nəticəsində rəqibə boş zona verilmədi. Belə ki, “Omoniya” 1-ci və 2-ci zonalardan topu rahat şəkildə oyuna daxil etsə də, üçüncü fazada boşluq tapa bilmədi.
Komandamız isə qazandığı topları uzun ötürmələrlə əks-hücum taktikası seçdi. Bəzi məqamlarda topa sürətin zamanında verilməməsi ani hücumlarımızın gerçəkləşməsinə mane oldu.
Bəzən isə “Omoniya” bir neçə dəfə azlıqda yaxalansa da, əlverişli epizodlardan yararlana bilmədik.
Ümumiyyətlə, futbolumuzda olan ən böyük problemlərdən biri budur - hesabda irəlidəyiksə, psixoloji olaraq geri çəkilərək komanda şəkilində müdafiə olunmağa çalışırıq.
Topu rəqibə verib daha çox topsuz oyunda iştirak fiziki yorğunluğa səbəb olur. Bu isə komandanın mövcud fiziki hazırlığını 90 dəqiqəyə yaymaqda çətinliklər yaradır.
Elə 35-ci dəqiqədən sonra “Qəbələ”də də fiziki yorğunluq özünü göstərdi. Topun arxasınca qaçmaq yerinə, qısa ötürmələrlə rəqibi yormaq daha məqsədəuyğun olardı.
İlk hissənin “Qəbələ”nin xeyirinə başa çatacağını gözlədiyimiz bir vaxtda, “Omoniya” cərimə zərbəsindən hesabı bərabərləşdirdi.
Fasilədən sonrakı bölümdə də rəqibin “Qəbələ”dən açıq-aşkar güclü olduğunu görmək olardı. Qonaqlar istədikləri vaxt oyunun tempini artırır və aşağı salırdılar".
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

