“Qəbələ” bir ukraynalının öhdəsindən gələ bilmədi, Kipr klubuna məğlub oldu

27 İyul 2023 22:00 Qəbələ 1 271
“Qəbələ” bir ukraynalının öhdəsindən gələ bilmədi, Kipr klubuna məğlub oldu

"Qəbələ" Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Kipr "Omoniya"sını qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 3:2.

Görüşdə hesabı Azərbaycan təmsilçisi açıb. 2-ci dəqiqədə Əyyub Əllaş topu rəqib qapısından keçirib. 45+1-ci dəqiqədə Roman Bezus cərimə zərbəsindən fərqlənməklə hesabı bərabərləşdirib.

O, 50-ci dəqiqədə standart vəziyyəti növbəti dəfə dəqiq yerinə yetirib. 62-ci dəqiqədə Əyyub Əllaş özünün və "qırmızı-qaralar"ın ikinci qoluna imza atıb.

Bezus 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə het-trik müəllifi olub.

Cavab matçı bir həftə sonra Kiprdə olacaq. Cütün qalibi növbəti raundda "Midtullan" (Danimarka) - "Proqres" (Lüksemburq) duelinin güclüsü ilə üz-üzə gələcək.

27 iyul

20:00. "Qəbələ" (Azərbaycan) - "Omoniya" (Kipr) 2:3

Qollar: Əyyub Allaş, 4; 62 – Roman Bezus, 45+1; 50; 82-pen.
Baş hakim: Andrey Çivulete (Rumıniya)
Qəbələ şəhər stadionu

Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 28. Murad Musayev, 4. Lukas Afriko, 34. Ürfan Abbasov (k), 99. Ahmed Ayzaya, 7. Emin Səfərov, 9. Əyyub Allaş, 14. Ülvi İsgəndərov, 72. Osama Xalayla, 10. Omar Hani.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizov, 36. Elməddin Sultanov, 94. Həbib Huşənov, 5. Rauf Hüseynli, 8. Gilad Abramov, 12. Nicat Əliyev, 17. Yaovi Akakpo, 18. Mehrac Baxşalı, 20. Bilel Auaşeriya, 24. Xəyal Xudaverdiyev, 33. Hüseyn Mürsəlov, 71. Sənan Ağalarov.
Baş məşqçi: Elmar Baxşıyev.
Omoniya: 40. Fabiano, 6. Markinyos, 22. Adam Lanq, 5. Senu Kulibali, 3. Adam Matteus, 8. Moreto Kassama, 31. İoannis Kusulos (k), 7. Villi Semedo, 90. Roman Bezus, 10. Loyzoz Loyzu, 18. Kərim Ansarifərid.
Ehtiyat oyunçular: 1. Konstantinos Panayi, 23. Fransiz Uzoho, 9. Andronikos Kakulli, 17. Yan Leçyaks, 19. Fuad Başiru, 20. Panayotis Zakariu, 21. Veliko Simiç, 73. Nemanya Miletiç, 74. Panayotis Andreu, 76. Çaralambos Çaralampus, 82. Nikolas Kiriakidis, 87. Konstantinos Panteli.
Baş məşqçi: Sofronis Avqusti.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA