Azərbaycana gələn nə “Mançester Yunayted”dir, nə “Real Sosyedad”, nə də… FOTOLAR

27 İyul 2023 19:00 Qəbələ 1 846
Azərbaycana gələn nə “Mançester Yunayted”dir, nə “Real Sosyedad”, nə də… FOTOLAR

“Qəbələ” növbəti Avropa macərasına hazırlaşır.

Ötən mövsüm ölkə kubokunu başı üzərinə qaldıran bölgə təmsilçisi Kiprdə eyni nailiyyətə imza atan “Omoniya”nı qəbul edəcək.

Rəqibin adı əlbəttə ki, təhlükəli görünür. Nikosiyalılar 2 il əvvəl “Qarabağ”la Konfrans Liqasının qrupunda yer alıb,

Bakıdan 2:2 hesabı ilə ayrılmışdı. Bu faktın özü “Omoniya” haqda ciddi fikirlər formalaşdırır.

Təbii, “Qəbələ” ilə müqayisədə kifayət qədər imkanlı və təcrübəli klubdur. Ancaq bir əmma var ki, ona mütləq toxunmalıyıq.

“Omoniya” beynəlxalq matçlarda səfər komandası deyil!

Uzağa getməyə gərək yoxdur. Komandanın son 2 mövsümdə avrobkuboklardakı çıxışına nəzər salanda, ümumi vəziyyətlə yaxından tanış olmaq çətin deyil.

Dinamo (Zaqreb) – Omoniya 2:0

Flora (Estoniya) – Omoniya 2:1

Royal Antverpen (Belçika) – Omoniya 2:0

Bazel (İsveçrə) – Omoniya 3:1

Qarabağ – Omoniya 2:2

Kayrat (Qazaxıstan) – Omoniya 0:0

Gent (Belçika) – Omoniya 0:2

Mançester Yunayted (İngiltərə) – Omoniya 1:0

Real Sosyedad (İspaniya) – Omoniya 2:1

Şerif (Moldova) – Omoniya 1:0

Göründüyü kimi, “Qəbələ”nin rəqibi son 2 ildə avrokuboklarda səfər etdiyi 10 oyunun yalnız 1-də qələbə sevinci yaşayıb. 7 halda məğlub olub və yalnız 2 heç-heçəyə sevinib.

“Qəbələ” “Mançester Yunayted”, “Real Sosyedad”, yaxud “Bazel” səviyyəsində olmaya bilər. Amma “Omoniya”nın səfər sindromu varsa, bu, istənilən halda Elmar Baxşıyevin yetirmələrinin xeyrinə işləyəcək.

Yad meydanın, rəqib azarkeşlərin və tanış iqliminin kiprlilərə çətinlik yaradacağına ümid edək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA