“Qəbələ”dən SON DƏQİQƏ xəbəri – UEFA buna icazə vermir: FOTOLAR

27 İyul 2023 17:40 Qəbələ 4 194
“Qəbələ”dən SON DƏQİQƏ xəbəri – UEFA buna icazə vermir: FOTOLAR

“Qəbələ” bu axşam cari avrokubok mövsümündə ilk oyununa çıxacaq.

Avropa Konfrans Liqası çərçivəsində baş tutacaq görüşdə “qırmızı-qaralar”ın rəqibi “Omoniya”dır.

Oyunun Qəbələdə keçirilməsinə dair narahatlıq var idi. Sözügedən bölgə futbol şəhəri olmadığından, üstəlik, qələbələlilər Premyer Liqa qarşılaşmalarında yerli komandaya maraq göstərmədiyindən, eyni vəziyyətin bu dəfə də təkrarlanacağı ehtimal olunurdu.

Amma yox.

Klubun mətbuat katibi Anar Hacıyevdən aldığımız bilgiyə görə, bilet satışı ilə bağlı ürəkaçan xəbər var.

Satışa çıxarılan təxminən 1800 bilet tükənmək üzərdir. Kassalarda 100-dən bir qədər artıq bilet qalıb ki, oyun saatına qədət satılacaq.

Qəbələ şəhər stadionunda tribunaların bir qismi metal konstruksiyalardan hazırlandığından, UEFA həmin sektorlara girişə icazə vermir. Bu səbəbdən yalnız beton üzərində quraşdırılmış oturacaqların sayına uyğun sayda bilet satışa çıxarılıb.

“Qəbələ” – “Omoniya” görüşü bu gün saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA