“Qəbələ”ni seçmək qərarımdan məmnunam"

27 İyul 2023 14:20 Qəbələ 778
“Qəbələ”ni seçmək qərarımdan məmnunam"

“Avrokuboklarda debüt edəcəyim üçün həyəcanlıyam”.

Sportinfo.az xəbər verir ki, bunu “Qəbələ”nin yeni transferi Lukas Afriko “futebolatino.lance.com.br” saytına açıqlamasında deyib.

Yay fasiləsində Portuqaliya klubu “Eştoril”dən “qırmızı-qaralar”a keçən 28 yaşlı braziliyalı mərkəz müdafiəçisi Konfrans Liqasının II təsnifat mərhələsində bu gün Kipr “Omoniya”sı ilə keçirəcəkləri matçı səbirsizliklə gözlədiyini söyləyib:

“Konfrans Liqasında mübarizə aparmağa hazırıq. Çox güclü komandamız var.

“Omoniya” ilə keçirəcəyimiz oyunla bağlı düşüncələrimizi təlim-məşq toplanışındakı yoxlama görüşlərinə uyğunlaşdıra bilmişik. Oyundan-oyuna inkişaf edəcək, irəliləyəcəyik.

“Qəbələ”ni seçmək qərarımdan məmnunam. Bu komandanın heyətində avrokuboklarda çıxış edəcəyim üçün həyəcanlıyam”.

Bu gün Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Omoniya” qarşılaşması saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA