"Mən gəncəm, keçmişə baxıb səhvlərim üzərində çalışıram"

27 İyul 2023 09:00 Qəbələ 833
"Mən gəncəm, keçmişə baxıb səhvlərim üzərində çalışıram"

Sportinfo.az xəbər verir ki, "Qəbələ"nin iordaniyalı yarımmüdafiəçisi Omar Hani bu gün Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Omoniya"ya qarşı keçiriləcək matçı haqda danışıb.

- Mövsümdəki birinci oyunumuzu oynayacağıq. Biz oyuna hazırıq. Ötən mövsüm mübarizə aparırdıq ki, məhz indi Konfrans Liqasında oynayaq. Ona görə ciddi hazırlaşmışıq. Türkiyədə üç yoxlama oyunu keçirmişik. Sevindirici hal odur ki, zədəli futbolçumuz yoxdur

- Ötən mövsümlə müqayisədə hazırda heyətdə çoxlu dəyişikliklər var...

- Ötən mövsüm yaxşı komandamız var idi. Onların çox hissəsi komandanı tərk etdi. Amma yenə keyfiyyətli oyunçular gətirmişik. İnanıram ki, ən azından keçənilki qədər yaxşı komandamız olacaq.

- Öz performansın haqda nə düşünürsən? Toplanışda da yaxşı görünürdün...

- Mən gənc futbolçuyam. Uzun müddət futbol oynamaq istəyirəm. Keçmişə baxıb səhvlərim üzərində çalışıram. Bu il çox yaxşı olacağıma inanıram. Bunun üçün yaxşı məşq edirəm.

- Sabah üz-üzə gələcəyiniz "Omoniya" haqda hansı fikirdəsən?

- "Omoniya"nı yaxşı tanıyıram. Bu, böyük və yaxşı klubdur. Özü də yaxşı futbolçuları var. Amma biz də sabahkı oyuna çox yaxşı hazırlaşmışıq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA