Azərbaycana yollanacaq heyətdə yer almadılar

26 İyul 2023 12:40 Qəbələ 803
Azərbaycana yollanacaq heyətdə yer almadılar

"Omoniya”nın (Kipr) 3 futbolçusu Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə ilk oyunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, müdafiəçilər Nikolas Panagiotu, Paris Psaltis və monteneqrolu yarımmüdafiəçi Novirtsa Erakoviç Qəbələdəki görüşdə iştirak etməyəcəklər.

Adıçəkilən oyunçular zədədən əziyyət çəkdikləri üçün bu gün Azərbaycana yollanacaq heyətdə yer almayacaqlar.

İyulun 27-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Omoniya” oyunu saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA