"Qəbələ" ilə ilk oyunu buraxacaq - Kipr klubunun iki müdafiəçisi

26 İyul 2023 09:00 Qəbələ 977
"Qəbələ" ilə ilk oyunu buraxacaq - Kipr klubunun iki müdafiəçisi

Kipr "Omoniya"sının iki futbolçusu Azərbaycanda "Qəbələ"yə qarşı keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu buraxacaq.

Sportinfo.az xəbər verir ki, zədəsini yenicə sağaldan müdafiəçilər Paris Psaltis və Nikolas Panayotu bərpa dövrü keçdikləri üçün "qırmızı-qaralar"la səfər matçında iştirak etməyəcəklər.

Sözügedən oyunçuların cavab qarşılaşmasında da meydana çıxmaları sual altındadır.

"Qəbələ" "Omoniya"ya qarşı ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü isə 1 həftə sonra səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM