Azərbaycanlı baş məşqçi 1 saat tez sorğu-sual olunacaq

26 İyul 2023 02:50 Qəbələ 1 102
Azərbaycanlı baş məşqçi 1 saat tez sorğu-sual olunacaq

İyulun 27-də Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Kiprin “Omoniya” klubunu qəbul edəcək.

Sportal.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Omoniya” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - iyulun 26-da arenanın media zalında təşkil olunacaq.

İlk olaraq saat 18:00-da jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev çıxacaq. Saat 19:00-da isə “Omoniya”nın baş məşqçisi Sofronios Avqusti media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların ilk 15 dəqiqəsi açıq olan oyunöncəsi son məşqi də Qəbələ şəhər stadionunda baş tutacaq.

“Qırmızı-qaralar” saat 18:30-da, qonaqlar isə 20:00-da məşqə çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM