"Qəbələ" yeni qapıçı ilə ANLAŞDI

25 İyul 2023 20:55 Qəbələ 1 424
"Qəbələ" yeni qapıçı ilə ANLAŞDI

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” qapıçı Rəşad Əzizlinin keçidini rəsmiləşdirib.

29 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Əzizlinin son klubu “Şamaxı” olub. O, bunadək “Rəvan”, AZAL, “Səbail”, “Neftçi”, “Sumqayıt” və “Zirə”nin formasını geyinib. Qapıçı Azərbaycan milli komandalarında da çıxış edib. Rəşad U-17 və U-19 yığmalarının şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM