“Qəbələ” 5 hücumçu, 8 müdafiəçi sifariş etdi - “Omoniya” ilə oyunlar üçün

25 İyul 2023 19:10 Qəbələ 1 085
“Qəbələ” 5 hücumçu, 8 müdafiəçi sifariş etdi - “Omoniya” ilə oyunlar üçün

“Qəbələ” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr “Omoniya”sı ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Elmar Baxşıyev siyahıya 22 futbolçu daxil edib.

Qapıçılar: Kristof Atanqana, Elməddin Sultanov;

Müdafiəçilər: İlkin Qırtımov, Zurab Oçiqava, Lukas Afriko, Rauf Hüseynli, Nicat Əliyev, Murad Musayev, Hüseyn Mürsəlov, Ürfan Abbasov;

Yarımmüdafiəçilər: Fares Abu Akel, Gilad Abramov, Əyyub Allaş, Asif Məmmədov, Mehrac Baxşəli, Bilel Auaşeriya, Ahmed Ayzaya;

Hücumçular: Emil Səfərov, Omar Hani, Ülvi İsgəndərov, Yaovi Akakpo, Osama Xalayla.

“Qəbələ” ilə “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab matçı isə avqustun 3-də Nikosiyada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA