"Qəbələ" Jon Ander Felipe ilə danışıqlar aparır.
Bu barədə Sportinfo.az-a baş məşqçi Elmar Baxşıyev bildirib.
O, ispaniyalı qapıçının namizədlər siyahısında yer aldığını söyləyib:
"Ona baxmışıq. Düzdür, hələ "ok" verməmişəm. Hazırda heç kimlə müqavilə bağlamamışıq.
Bu mövqeyə bir neçə nəfəri gözdən keçiririk. Tapsaq, müqavilə bağlayacağıq. Variantlar çoxdur, amma hələ uyğun olan yoxdur".
Hazırda klubsuz olan 28 yaşlı qapıçı "Atletik Bilbao", "Eybar", "Loqronyes" kimi tanınmış klublarda çıxış edib.
Ötən mövsüm əyalət təmsilçisinin formasını geyinmiş Səlahət Ağayev "Səbail"ə keçib.
"Qırmızı-qaralar" Nicat Mehbalıyevin xidmətində maraqlı olsa da, "Sabah" müqavilə ilə ona bağlı kiperi pulsuz yola salmaqdan imtina edib.

