Türkiyə toplanışını başa vuran “Qəbələ” vətənə qayıdıb.
Avropa Konfrans Liqasında “Omoniya” ilə qarşılaşacaq bölgə təmsilçisi mövsümlərarası fasilə dönəmində heyətini gücləndirməyə çalışıb.
Yeni transferlərin hamısı Boludakı yoldaşlıq görüşlərində iştirak etsə də, Zurab Oçiqava gözə dəymədi.
Ukrayna U-21-nin sabiq üzvü zədəsi ilə əlaqədar həkimlərin məsləhəti əsasında müalicəsini Bakıda davam etdirmək məcburiyyətində qalmışdı.
Hazırda sual doğuran məqam yeni transferin “Omoniya” ilə görüşlərdə meydana çıxıb-çıxmayacağıdır.
Sportinfo.az xəbər verir ki, Oçiqavanın oynamaq ehtimalı yox dərəcəsində azdır. Xüsusən də Qəbələdəki ilk qarşılaşmada.
Türkiyə toplanışında iştirak etməyən və hələ də kollektiv çalışmalardan kənarda qalan 28 yaşlı müdafiəçinin çərşənbə günü şans qazanmayacaq.
Ən yaxşı halda cavab görüşündə komandasına kömək edə bilər ki, bunun özü də sual altındadır. Baş məşqçi Elmar Baxşıyev yaxın gələcək üçün müdafiə “4-lüyü”nü formalaşdırıb: Ürfan Abbasov, Lukas Afriko, Murad Musayev və İlkin Qırtımov.
Yəni, Zurabın xidmətinə ehtiyac duyulsa belə, bu, oyunun gedişində ola bilər.
“Qəbələ” ilə “Omoniya” arasında Qəbələdə baş tutacaq ilk qarşılaşma iyunun 26-da keçiriləcək. Cavab görüşü avqustun 3-nə nəzərdə tutulub.
HƏBİB / SPORTİNFO.AZ

