"Məncə, futbolumuz Azərbaycan futbolundan daha yüksək səviyyədədir”

25 İyul 2023 09:00 Qəbələ 2 350
"Məncə, futbolumuz Azərbaycan futbolundan daha yüksək səviyyədədir”

“Komandamız “Qəbələ”ni keçəcək”.

bunu Kipr “Omoniya” sının sabiq futbolçusu Andreas Yatru adıçəkilən kollektivin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” önündə şanslarını dəyərləndirərkən deyib.

Veteran futbolçu Nikosiya təmsilçisinin cütün favoriti olduğunu düşünür:

“Avrokuboklarda cavab oyununu evdə keçirmək əlavə üstünlükdür. Çünki komandamız öz meydanında dolu tribunaların dəstəyi ilə mərhələ adlamağa çalışacaq.

“Omoniya”nın asan da olsa, çətin də olsa, mərhələ adlayacağına inanıram. Məncə, futbolumuz Azərbaycan futbolundan daha yüksək səviyyədədir”.

"Qəbələ” ilə “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab görüşü isə avqustun 3-də Nikosiyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM